Demək olar ki, unudulan bir xəstəlik olan cüzam Avropada - Rumıniya və Xorvatiyada aşkar edildikdən sonra yenidən diqqət mərkəzinə gəlib.
Ekologiya.az xarici mediaya istinadən xəbər verir ki, Rumıniya Səhiyyə Nazirliyi ölkənin şimal-qərbindəki Kluj şəhərindəki bir spa mərkəzində çalışan iki indoneziyalı masajçıya cüzam diaqnozu qoyulduğunu açıqlayıb.
Xorvatiyanın Split şəhərində də bir cüzam hadisəsi təsdiqlənib. Xorvatiya səhiyyə orqanları xəstənin təcrid olunduğunu və müalicəyə başlandığını bildirib.Musavat.com