ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Çin tərəfindən beynəlxalq xətlər vasitəsilə Çin-Avropa və Çin-Mərkəzi dəmir yolu marşrutları üzrə 31,2 min qatar göndərilib. "Sinhua" agentliyinin məlumatına görə, bu göstərici illik müqayisədə 9 faiz çoxdur.
Reyting.az xəbər verir ki, 2025-ci ilin noyabr ayından qatarların sayı 21 faiz artaraq 1852-yə çatıb. Bu da, bir ayın rekordu kimi qeydə alınıb.
Ümumilikdə yanvar-noyabr ayları ərzində daşınmış yüklərin həcmi 3,73 milyard tona çatıb. Çin dəmiryolu sənayesinin göstəricilərinə görə, bu statistika ötən ilə nisbətən 2,7 faiz çoxdur.

Bu sahədə böyük uğurlara imza atan Çin hazırda dəmiryolu daşınmalarında, yeni qatarların istehsalında, onların istismara verilməsində rekordlara imza atır. Son məlumatlara görə, Çin-Laos dəmir yolu ilə yükdaşımalar 15 faiz artıb. Eyni zamanda, "CR450" yüksək sürətli "gələcəyin" qatarının sınaqları zamanı sürət saatda 453 kilometr olub.
Mütəxəssislər bildirirlər ki, yeni və daha da sürətli "CR450" modelindən olan bu qatarın kommersiya məqsədi ilə istismarı üçün 400 km/saat nəzərdə tutulur.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.