AZ

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislikfakültəsinin binasının təməlini qoyub.

Trend xəbərverir ki, dövlətimizin başçısına binada yaradılacaq şərait barədəməlumat verildi.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsimüasir texnoloji çağırışlara cavab verən, innovasiya vətətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsasakademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyətgöstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika,inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyattexnologiyaları, kompüter mühəndisliyi, data analitika vəriyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyatakeçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisaslarınaçılması nəzərdə tutulur.

Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısamüddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binasıkeyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilikvə praktiki bacarıqlarının inkişafına, həmçinin innovativfəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar,laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanlarıilə təchiz olunacaq.

Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfəverməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədrismetodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfliinkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitininformalaşdırılmasına xidmət göstərəcək.

Xəbər yenilənəcək

Seçilən
27
48
az.trend.az

10Mənbələr