AZ

Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Bakı. Trend:

Dekabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova AzərbaycanRespublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıqüzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştiraketmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Vitse-prezidentiCevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Qonaqla növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən MilliMəclisin sədri Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın12-ci iclasının əhəmiyyətindən danışıb. İki ölkə arasındakımünasibətlərin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, ikidövlət” kəlamını özündə ehtiva etdiyini deyən Milli Məclisin sədribu gün iqtisadi, ticarət, təhsil, turizm, parlamentlərarası vədigər sahələrdə əlaqələrimizin günbəgün daha da gücləndiyini qeydedib. Söhbət zamanı dövlət başçıları arasındakı şəxsimünasibətlərin və sıx təmasların müttəfiqlik münasibətlərininardıcıl inkişafını təmin edən əsas amil olduğu vurğulanıb. SpikerSahibə Qafarova Türkiyənin COP31-in ev sahibi seçilməsimünasibətilə təbriklərini çatdırıb və Azərbaycanın həmişə qardaşölkənin yanında olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə mövcudolan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluqifadə olunub, Türk Dövlətləri Təşkilatının (TDT) Türk dünyasınınbirliyi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbətdə parlamentlərarası əlaqələrin dövlətlərarasımünasibətlərin mühüm bir hissəsi kimi əhəmiyyəti qeyd edilib, busahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı dostluqqruplarının fəaliyyəti vurğulanıb. Milli Məclisin sədri Azərbaycanvə Türkiyə parlamentləri arasında ikitərəfli, üçtərəfli vəçoxtərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadəedib.

Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən TürkiyəninVitse-prezidenti Cevdet Yılmaz Türkiyənin COP31-in ev sahibiseçilməsi üçün Azərbaycanın səylərinə görə təşəkkürünü bildirib vəbu mühüm beynəlxalq tədbirin keçirilməsi üçün TürkiyəninAzərbaycanın təcrübəsindən istifadə edəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari, investisiya,enerji və digər sahələrdə birgə reallaşdırdıqları meqalayihələrinböyük regional və qlobal əhəmiyyət daşıdığı qeyd olunub. Bubaxımdan Orta Dəhlizin əsas xəttinə çevriləcək Zəngəzur dəhlizininstrateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında əlaqələrininkişafının TDT-ni daha da gücləndirdiyi qeyd olunub. Bildirilibki, bununla yanaşı, TürkPA da türkdilli ölkələrin parlamentplatforması kimi mühüm əhəmiyyət daşıyır.

Görüşdə Türkiyənin Vitse-prezidenti dünən AzərbaycanRespublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıqüzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasındatəsdiqlənmiş Fəaliyyət Planının qarşılıqlı əlaqələrimizi daha dainkişaf etdirəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanla Ermənistan arasındasülh prosesində əldə olunan nailiyyətlərə də toxunaraq, iki ölkəarasında sülh müqaviləsinin imzalanmasının bölgədə sülh vəsabitliyi təmin edəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Seçilən
15
13
az.trend.az

10Mənbələr