AZ

Oğlunu katerin pərləri üzərinə ataraq öldürən ataya 12 il HƏBS CƏZASI VERİLDİ – FOTO

Ata Tailandda oğlunu katerin pərləri üzərinə ataraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 13 yaşlı uşağın qatili olan rusiyalı mühacirə 12 il həbs cəzası verilib.

Məlumata görə, Taylandda məskunlaşan rusiyalı mühacir (relokant) yeniyetmə oğlunu qəsdən öldürdüyü üçün məhkum edilib. Məhkəmə ona 12 il həbs cəzası kəsib.

Hadisənin təfərrüatlarına görə, 45 yaşlı Artyom Buqorski 13 yaşlı oğlu Lukasla Surin adalarından qayıdırmış. Sahilə yaxınlaşarkən ata qəfildən oğlunun ayaqlarından tutaraq onu katerin fırlanan pərlərinin üzərinə tullayıb, daha sonra özü də onun ardınca suya atılıb.

Ağır xəsarətlər alan uşaq xəstəxanada dünyasını dəyişib, atanı isə xilas etmək mümkün olub.

Yaxınlarının sözlərinə görə, faciədən bir neçə ay əvvəl Buqorski həyat yoldaşından boşanma, işsizlik və viza imtinası səbəbindən ağır depressiyadan əziyyət çəkirmiş. Həmçinin onun narkotik vasitələrdən sui-istifadə etdiyi bildirilir. Saxlanılarkən çantasından qadağan olunmuş maddələr tapılıb.

Qohumları ata və oğul arasındakı münasibətlərin əvvəllər çox isti olduğunu qeyd ediblər. Artyom oğlunun təhsili ilə məşğul olur, ona rus dilini öyrədir və Puşkin yaradıcılığı ilə tanış edirmiş.

Kişi 2025-ci ilin əvvəlində həbs edilib və bu günlərdə barəsində hökm çıxarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
1
interpress.az

2Mənbələr