ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin sözçüsü Lin Tszyan Pekinin öz müəssisələrinin və vətəndaşlarının maraqlarını qorumaq niyyətində olduğunu Ukrayna rəhbərliyinin diqqətinə çatdırıb. “Çin davamlı olaraq beynəlxalq hüququ pozan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxıb”, - Lin Tsyzn keçirdiyi brifinqdə Zelenskinin hədələri barədə sualı şərh edərkən deyib. Pekinin “Ukrayna tərəfini səhvlərini dərhal düzəltməyə çağırdığını” söyləyən diplomat ölkəsinin Çin şirkətlərinin və vətəndaşlarının qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcəyini vurğulayıb. Sahil İsgəndərov
AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.