"Football-plus.az" xəbər verir ki, hazırda ''Kocaelispor''un şərəfini qoruyan 34 yaşlı futbolçu tanınmış aparıcı Ərtəm Şənərin ''yutub'' kanalının qonağı olub. Sərdar bunları deyib:
''Osimhen böyük futbolçudu. Fiziki cəhətdən bir nömrəli forvarddı. Lazım olduqda inanılmaz sürət yığır və fiziki gücünü hər zaman göstərir. Ancaq son zərbələri ideal deyil. Məncə, son zərbəni vurmaq baxımından İkardi ondan üstündü. ''Qalatasaray''dan heç vaxt təklif almamışam. ''Beşiktaş''dan isə iki dəfə təklif almışam. Bunlardan biri 2021-də, yəni ''Fənər''ə gəlməmişdən öncə, digəri 2023-də olmuşdu. ''Beşiktaş'' da böyük camiədi. Amma mən ''Fənər''də xoşbəxt oldum. Komanda yoldaşım Tayfur Bingöl sürət və ''Formula-1'' ''xəstəsidi''. Bir dəfə onun maşınına minib gəlmişdim. Heç kim onun maşınına minməyə risk etmir. Çünki çox sürətli sürür. Mən bir dəfə mindim və ''yetər artıq'' dedim. Penalti vurmaq tərzimi Edin Cekoya göstərdim, bacarmadı. Zatən Ceko o qədər də güclü penalti vuran sayılmır. Tadiç bir qədər ləngdi. Amma o da penalti ustası deyil. ''Qalatasaray''da oynasam, Osimhen qədər qol vura bilərəmmi? Az-çox vuraram. İstanbul nəhənglərində oynayırsansa, mütləq əlinə fürsət düşəcək. Əsas odu, soyuqqanlı və sakit olasan. ''Qalatasaray''da oynasam, nə qədər qol vuracağımı bilmirəm. Amma müəyyən sayda vuraram. Bu iş düzgün mövqe seçimi və qol duyumundan asılıdı. Məndə də bu özəlliklər var''.