“Qəbələ” futbolçusu Rüfət Əhmədovla yolları ayırmağa hazırlaşır.
İdmanxeber.az-a verilən məlumata görə, əvəzedici heyətə göndərilən müdafiəçini baş məşqçinin bağışlamaq fikri yoxdu. Bu səbəbdən də Əhmədov əsas heyətə qayıtmayacaq.
Müqavilə ilə “Turan Tovuz”a məxsus olan oyunçunun yenidən öz klubuna qayıtması gözlənilir. Kurban Berdiyev də ona əsas heyətdə şans verməyi düşünmür.
Ancaq futbolçu intizamlı davransa, onun komanda ilə birgə məşqlərə qatılmasına mane olmayacaq.
Xatırladaq ki, R.Əhmədov mövsümün əvvəlində icarə əsasında “Turan Tovuz”dan “Qəbələ”yə keçib.