AZ

Milli Kitabxanada kitabşünas alim Knyaz Aslanın 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Milli Kitabxanada görkəmli kitabşünas alim-pedaqoq, şair - publisist Knyaz Aslanın anadan olmasının 65 illiyi münasibətilə “Şair - publisist, kitabşünas alim Knyaz Aslan - 65” adlı virtual və “Kitabşünas alim Knyaz Aslan - 65” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə yaradıcı şəxsiyyət, gözəl şair, istedadlı alim, peşəkar jurnalist Knyaz Aslanın Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə layiq görüldüyü mükafatlar, çоxşaxəli yaradıcılığı - monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan çoxsaylı elmi-nəzəri məqalələri, şeirləri, ədəbi-publisistik yazıları, “Ön söz”ünün müəllifi, layihə rəhbəri, tərtibçi, rəyçi və redaktoru olduğu kitablar, təsisçisi və baş redaktoru olduğu “Kitabşünaslıq və redaktor sənəti” jurnalının nömrələri nümayış olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
azertag.az

2Mənbələr