AZ

Beynəlxalq Daşıyıcılar Dərnəyi ASCO ilə Azərbaycanda yeni Ro-Ro layihəsi həyata keçirəcək (ÖZƏL)

Bakı. Trend:

Beynəlxalq Daşıyıcılar Dərnəyi Azərbaycanda ortaq Ro-Ro şirkətiqurmağı planlaşdırır.

Bunu Trend-əaçıqlamasında Beynəlxalq Daşıyıcılar Dərnəyinin icra komitəsininsədri Alper Özəl bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyəİnvestisiya Forumu çərçivəsində deyib.

Sədr vurğulayıb ki, Beynəlxalq Daşıyıcılar Dərnəyi olaraq birsıra ölkə qurumları ilə, eləcə də Azərbaycan və Qazaxıstanlaəməkdaşlıqlarını genişləndirməyi hədəfləyirlər:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə yeni birlayihə üzrə təmaslarımız var. ASCO ilə memorandum imzalanarsa, bu,bizə əlavə güc qatacaq. Çünki məqsədimiz burada Ro-Ro investisiyasıetməkdir. İlk mərhələdə 2027-ci ilə qədər 4 Ro-Ro planlaşdırılır,daha sonra isə 2048-ci ilə qədər davam edən bir prosesin şahidiolacağıq. Ümumilikdə bütün layihəyə baxanda 24 Ro-Ro-luqinvestisiya nəzərdə tutulub.

Bu, yalnız investisiya deyil, bu, Türkiyə tərəfi üçün dəəhəmiyyətlidir. Memorandumun nəticəsi olaraq ortaq bir şirkət,məsələn “Caspian Roro Shipping Company” kimi bir şirkət qurmaqplanlaşdırılır. Yeni şirkət Azərbaycanın ərazisində fəaliyyətgöstərəcək, amma əlbəttə ki, Türkiyədə də ofisləri olacaq. Buproses 2048-ci ilə qədər davam edəcək".

"Hazır olmaq üçün öncədən plan qurmalıyıq. Azərbaycan tərəfindənbu istiqamətdə ASCO ilə danışıqlar aparılır. Yəni məqsədimizAzərbaycanda Ro-Ro şirkəti qurmaqdır. Şirkətin adı, ofisləri haradaolacağı müəyyənləşdiriləcək, amma əsas məqsəd ortaq bir şirkətyaratmaqdır", - Alper Özəl vurğulayıb.

Seçilən
40
az.trend.az

1Mənbələr