Bakı. Trend:
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini DmitriMedvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikməktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Sizin səyləriniz sayəsində Azərbaycan Respublikasıdövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadirifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldəedib.
Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin,həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və YeniAzərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinəümid edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlikdiləyir və ən xoş arzularımı çatdırıram".