AZ

53 yaşlı meyxanaçı pulsuzluqdan evlənə bilmir - VİDEO

"Kəlmə-kəlməyə" layihəsinin iştirakçısı, meyxanaçı Vüqar Qobulu evlənmək istəyir. 

Musavat.com xəbər verir ki, layihə çərçivəsində müsahibə verən meyxanaçı yarışmada qalib gələrsə, evlənəcəyini bildirib:
"Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım".  
Qeyd edək ki, "De, gəlsin!" yarışmasından tanınan meyxanaçı Vüqar Qobulu bir müddət əvvəl verilişlərin birinə açıqlama verərək nişanlandığını demişdi. O, evlilik təklifinin qarşı tərəfdən gəldiyini bildirib. Xanımın məşhur biznesmen ailəsindən olduğunu bildirən meyxanaçı toyunu tam fərqli şəkildə keçirəcəyini də demişdi. O, sağdış və soldış olaraq həmkarları Balaəli Maştağalı və Orxan Lökbatanlını görmək istədiyini söyləmişdi. 

Seçilən
27
yenilik.az

1Mənbələr