AZ

Nazir müavini: Aqrar sahədə Türkiyə ilə investisiya layihələrinin formalaşdırılması əsas hədəflərimizdəndir

Bakı, 23 dekabr, AZƏRTAC

Aqrar sahədə Türkiyə ilə birgə investisiya layihələrinin formalaşdırılması və ixrac yönümlü dəyər zəncirlərinin qurulması əsas hədəflərimizdəndir. İstehsal, emal, logistika, bazar zəncirinə bütöv ekosistem kimi baxırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən "Aqrar tərəfdaşlıq: Dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda paneldə deyib.

Nazir müavini bildirib ki, Azərbaycan və Türkiyə aqrar əməkdaşlığı regional səviyyədə risklərin birgə idarə olunması modelinə çevrilən bir potensiala malikdir.

“Məqsəd yalnız ticarət həcmini artırmaq deyil, birgə dəyər yaratmaq, texnologiya transferini sürətləndirmək və ixracyönümlü, dayanıqlı aqrar model formalaşdırmaqdır. Bu platforma, eyni zamanda dövlət qurumları ilə özəl sektor arasında praktiki əməkdaşlıq mexanizmlərinin qurulması üçün də mühüm rol oynayır”, - deyə nazir müavini əlavə edib.

Seçilən
52
azertag.az

1Mənbələr