AZ

Abdulkadir Polat: Qarabağda logistika mərkəzlərinin yaradılması regional ərzaq təminatını gücləndirəcək

Bakı, 23 dekabr, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurda aqroparkların, müasir istehsal sahələrinin və logistika mərkəzlərinin yaradılması regional ərzaq təminatının gücləndirilməsinə xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Aqrar tərəfdaşlıq: Dayanıqlı inkişaf və qida təhlükəsizliyi” mövzusunda keçirilən paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə əməkdaşlığı kənd təsərrüfatı ilə məhdudlaşmır, eyni zamanda, enerji, nəqliyyat və ticarət sahələrində də strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir: “Türkiyədə rəqəmsal kənd təsərrüfatı tətbiqləri, su səmərəliliyi, quraqlığa davamlı toxumların hazırlanması mexanizmləri tətbiq olunur ki, bu təcrübə Azərbaycanla aqrar əməkdaşlığın genişləndirilməsi üçün mühüm baza yaradır”.

Seçilən
22
azertag.az

1Mənbələr