AZ

QİÇS-lə bağlı aparılan maarifləndirmə və profilaktik tədbirlər mövcud çağırışlara cavab verir

Bakı, 23 dekabr, AZƏRTAC

Gənclər arasında narkotik istifadəsində artım müşahidə edilmir. Eyni zamanda, QİÇS-lə bağlı aparılan maarifləndirmə və profilaktik tədbirlər mövcud çağırışlara cavab verir.

AZƏRTAC xəbər verir ki, bunu narkomaniya üzrə ekspert Emil Maqalov açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, hazırda 11 qeyri-hökumət təşkilatı narkotik istifadəçiləri arasında QİÇS-in profilaktikası istiqamətində fəal fəaliyyət göstərir. Bu təşkilatların əməkdaşları narkotik istifadəçilərini çöllərdə, yaşayış olmayan ərazilərdə və müxtəlif məkanlarda taparaq onlarla maarifləndirici təlimlər keçirir, həmçinin onlara zəruri steril avadanlıq təqdim edirlər.

E.Maqalov qeyd edib ki, həmin şəxslər mütəmadi olaraq anonim və təmənnasız şəkildə səyyar mobil məntəqələrdə tibbi müayinələrdən keçirilir. Şübhəli halların aşkar edildiyi şəxslər isə Respublika QİÇS Mərkəzinə yönləndirilir.

 

Seçilən
27
1
azertag.az

2Mənbələr