AZ

Rusiya ordusu Ukraynada daha iki kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Andrivka və Xarkov vilayətinin Prilipka kəndlərini ələ keçirib.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Şimal" qüvvələr qrupunun bölmələrinin aktiv əməliyyatları nəticəsində Xarkov vilayətindəki Prilipka kəndi, "Şərq" qrupunun bölmələrinin fəal hərəkətləri nəticəsində isə Dnepropetrovsk vilayətindəki Andrivka kəndi nəzarətə götürülüb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr