AZ

Minatəmizləmə fəaliyyətində abidələrin qorunması qaydaları müəyyənləşdirilir

Bakı. Trend:

İnşaat, təsərrüfat və digər işlər görülərkən aşkar edilənabidələrin qorunması qaydalarında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsininbugünkü iclasında müzakirə olunan “Tarix və mədəniyyət abidələrininqorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, minatəmizləmə fəaliyyəti həyata keçirilərkənabidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilataməlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindəniki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlaraparılmalı və digər tədbirlər görülməlidir.

Bu halda inşaat, təsərrüfat və digər işlər, o cümlədənminatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsiilə davam etdirilə biləcək.

Minatəmizləmə fəaliyyəti tarixi və arxeoloji əhəmiyyət kəsb edənzonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindənnəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)həmin işlər, o cümlədən minatəmizləmə fəaliyyəti aparılan yerdə öznümayəndəsinin və mütəxəssisin iştirakını təmin edəcək.

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkənaşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeolojiəhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir, minatəmizləməfəaliyyəti və təsərrüfat işlərinin aparılması “Azərbaycanınmədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunun tələblərinəzərə alınmaqla həyata keçiriləcək.

Seçilən
73
2
az.trend.az

3Mənbələr