“Liverpul” Aleksander İsakın zədəsi səbəbindən hücum xəttini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, Mersisayd klubu “Bornmut”un futbolçusu Antuan Semenyonu transfer hədəfi seçib.
Bildirilir ki, 75 milyon avro dəyərində qiymətləndirilən transferin qışda reallaşması mümkündür.
Semenyo bu mövsüm 17 oyunda 8 qol vurub və 3 assist edib. Onun “Bornmut”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.