Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov qiyabi həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiyada “xarici agent” elan edilən erməni qrosmeyster terrorçuluğa bəraət qazandırmaqda ittiham olunur.
Məlumata görə, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov barəsində qiyabi həbs qərarı çıxarılıb.
O, terrorçuluğa bəraət qazandırmaq maddəsi üzrə açılan cinayət işi çərçivəsində təqsirləndirilir.
Qeyd edək ki, Harri Kasparov Rusiya Federasiyasında rəsmi olaraq “xarici agent” siyahısına daxil edilib.
Xuraman Etibarlı
İnterpress.az