AZ

Tələbələrə narkomanlığın fəsadları barədə məlumat verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclərin AntiNarkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 nömrəli Bakı Tibb Kollecində narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclərin AntiNarkomaniya İctimai Birliyinin sədri və Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
azertag.az

1Mənbələr