AZ

Rusiyanın 15 regionunda Yeni il gecəsi atəşfəşanlıq QADAĞAN EDİLDİ

Rusiyanın 15 regionunda Yeni il gecəsi atəşfəşanlıq qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məhdudiyyətlər Novosibirsk, Omsk və digər şəhərləri əhatə edir, Novorossiyskdə qadağa 11 yanvaradək davam edəcək.

Məlumata görə, Rusiyanın 15 regionunda Yeni il gecəsi atəşfəşanlıq təşkil etmək qadağan olunub.

Məhdudiyyətlər Yekaterinburq, Omsk, Novosibirsk, İrkutsk və Krasnoyarsk kimi böyük şəhərlərdə tətbiq edilib.

Bildirilir ki, Krasnodar diyarında da analoji qadağa qüvvədədir. Novorossiyskdə isə atəşfəşanlıqla bağlı qadağa daha uzun müddətli olacaq – sakinlərə dekabrın 29-dan yanvarın 11-nə qədər fişəng buraxmağa icazə verilməyəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
55
interpress.az

1Mənbələr