AZ

"Pis niyyətli qüvvələrin ölkəmizə uzanan əlləri kəsildi" - Məlahət İbrahimqızı

"Azərbaycan xalqı uzun illərdir 24 dekabrı - İlham Əliyevin doğum gününü böyük sevgi ilə, ümumxalq bayramı kimi qeyd edir. Prezident erməni işğalının yaratdığı Qarabağ problemini, milyonlarla qaçqın və məcburi köçkünün acısını bütün varlığı ilə yaşayan və onların taleyüklü problemlərini həll edən dövlət, vətən və millət fədaisi kimi xalqın yaddaşında əbədi qalacaq".

Redaktor.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında bildirdi.

O qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev müstəqil dövlətimizi parçalanmaqdan xilas edərək qüdrətli bir dövlətin təməlini qoyub. İlham Əliyev isə bu təməllər üzərində qurduğu güclü dövlət ilə erməni təcavüzkarlığını və onu dəstəkləyən dünya güclərini məğlub edib.

Deputat bildirib ki, Müzəffər Ali Baş Komandan 44 gün ərzində Azərbaycan ordusunun qəhrəmanlığı ilə respublikanın ərazi bütövlüyünü və suverenliyini bərpa edərək xalqımıza möhtəşəm zəfər qazandırıb.

Məlahət İbrahimqızı əlavə edib ki, bu zəfər türk millətinin və türk dövlətlərinin şöhrətini ucaltdı, həm savaşın, həm də sülhün qalibi kimi bölgədə yeni sülh və əməkdaşlıq tarixi yaratdı:

"Prezidentin zəngin dövlətçilik təcrübəsi, müdrik siyasəti və diplomatiyası ilə Azərbaycanın geosiyasi mövqeyi gücləndirilib və ölkəyə uzanan pis niyyətli qüvvələrin əlləri kəsilib".

O, vurğulayıb ki, işğaldan azad olunan Qarabağ artıq mədəniyyət, dialoq və dostluq mərkəzinə çevrilib.

Seçilən
57
1
redaktor.az

2Mənbələr