AZ

“Balans” İctimai Birliyi 2026-cı ildə sahibkarlıqda İKT-yə dəstəyi genişləndirəcək

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Möhübbəli Nağıyev QHT.az-a açıqlamasında bildirib ki, təşkilat 2026-cı il üçün əsas prioritetlərini sahibkarlığın inkişafında müasir texnologiyaların və İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqinə yönəldib.

Onun sözlərinə görə, son illərdə İKT-dən istifadəyə artan maraq bu sahədə bilik və bacarıqların gücləndirilməsini zəruri edir və birlik növbəti ildə məhz bu istiqamətdə maarifləndirmə fəaliyyətini genişləndirməyi planlaşdırır:

"Həm ölkədə və həm də regionumuzda bizim çalışdığımız iqtisadi maarifləndirmə sahəsində 2025-ci ildə yüksək nəticələrin əldə olunduğu hamımıza bəllidir. Ümumiyyətlə, 2025-ci il həm yenilikləri və həm də yüksək nəticələri ilə əvvəlki illərdən fərqləndi. Fürsətdən istifadə edərək, qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və yeni üzümüzə gələn 2026-cı il münasibəti ilə xalqımızı təbrik edirik".

Seçilən
38
qht.az

1Mənbələr