AZ

Səfər oyununa cəmi bir azarkeş gəldi: Futbolçular ona belə təşəkkür etdilər

Portuqaliya çempionatının autsayderlərindən olan “Aruka” ötən gecə səfərdə “Santa-Klara” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, komanda bu oyunda iştirak etmək üçün Atlantik okeanı üzərindən təxminən 1500 kilometr məsafə qət etməli olub. Bu amilə görə adətən Azor adalarından biri olan San Migelə rəqib azarkeşlər səfər etməkdə çətinlik çəkirlər.

“Aruka” da bu problemlə üzləşib. Lakin "sarı-göylər"i qolsuz bitən səfər oyununda bir azarkeş dəstəkləyib.

Fanatın bu sədaqəti futbolçuları təsirləndirib. Onlar matçdan sonra bütün heyətlə birlikdə sadiq azarkeşə şəxsən təşəkkür ediblər.

Seçilən
65
publika.az

1Mənbələr