ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin sağ olduğunu belə anlamadığını iddia edib.
“Bayden sağ olduğunu, yoxsa öldüyünü bilmirdi”, -Tramp Mar-a-Laqoda jurnalistlərə bildirib.
Tramp ABŞ-ın ən yaşlı prezidenti olub. Andiçmə mərasimi zamanı o, vəzifəyə başladığı gün Baydendən beş ay böyük idi.
Bayden isə əvvəllər ruhi sağlamlığı ilə bağlı narahatlıqlar doğururdu: O,çaşqınlıq içində olur, sözlərini səhv deyir və hətta yıxılırdı. Baydenin tədbirlərdə yuxuya getməsi ilə bağlı şübhələr dəfələrlə səsləndirilib.