“Tottenhem”in keçmiş baş məşqçisi Angelos Postekoğlu yenidən İngiltərə premyer-liqasında işləyə bilər.
"Football-plus.az" xəbər verir ki, hazırda bu liqada qalmaq uğrunda mübarizə aparan “Lids” rəhbərliyi avstraliyalı mütəxəssislə danışıq aparır. Bundan əlavə, bir müddət əvvəl “Seltik” rəhbərliyi də Postekoğlu ilə əlaqə saxlayaraq onun komandaya qayıtmaq ehtimalını müzakirə edib.
60 yaşlı çalışdırıcının sonuncu iş yeri “Nottingem Forest” olub. O, bu ilin sentyabrından oktyabrına qədər bu komandaya rəhbərlik edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta