Almaniyanın Gissen şəhərində avtomobil avtobus dayanacağına çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
"Audi" markalı avtomobil iki digər nəqliyyat vasitəsi ilə toqquşub və avtobus dayanacağına çırpılıb. Qəza nəticəsində ən azı dörd nəfər xəsarət alıb.
Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, tezliklə polis tərəfindən saxlanılıb. Onun Giessen şəhərində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Qəza ilə bağlı istintaq Almaniya Federal Cinayət Polisi İdarəsinə həvalə edilib.