AZ

Liderin baş məşqçisi 13:1 hesablı darmadağından sonra belə danışdı

2-ci Liqanın 14-cü turunda "Araz-Saatlı"nı 13:1 hesabı ilə məğlub edən "Qaradağ Lökbatan" eyni xala malik "Xankəndi"ni top fərqində qabaqlayaraq turnir cədvəlinin zirvəsində mövqe tutdu. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb darmadağını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bu oyunda çox qol vuraraq top fərqini yaxşılaşdırmağı hədəfləmişdik. Hər şey istədiyimiz kimi alındı. Hesabı 1-ci dəqiqədə açdıq və qollarımızı vurduq. Uşaqlar sağ olsunlar. Futbolçularımın hər birini, rəhbərliyi təbrik edirəm. Futbolçularımın əziyyəti danlmazdır. Bu mövsüm çıxdıqları bütün oyunlarda meydanda can qoyublar. Onların qarşıdan gələn bayramlarını təbrik edir, yeni ildə hamısına uğurlar arzulayıram. 2026-cı ilə lider mövqeyində qədəm qoyacağıq, məqsədimiz çempion olmaqdır. Hədəfimiz təbii ki, dəyişməz qalır. Birinci yerdəyiksə, bu, hər şeyin bitdiyi anlamına gələ bilməz. Qarşıda bizi çətin mübarizə gözlədiyinin fərqindəyik. Yanvarda heyətə yeni futbolçular cəlb etməyi planlaşdırırıq. Hazırda danışıqlar gedir".

Nihat

Seçilən
11
1
fanat.az

2Mənbələr