AZ

Vens “dəniz pişikləri” ilə məşqdən sonra təəssüratlarını bölüşüb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Hərbi Dəniz Qüvvələrinin elit bölməsi olan “dəniz pişikləri” (Navy SEALs) ilə birgə məşq keçib. Məşqlər yüngülləşdirilmiş rejimdə aparılsa da, siyasətçi etiraf edib ki, özünü sanki “yük qatarı vurmuş kimi” hiss edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Vens "X" sosial şəbəkəsində yazıb.

“Az əvvəl "dəniz pişikləri" ilə bir saat yarımlıq məşqi başa vurdum. Onlar mənə güzəşt etdilər və həddindən artıq yüklənmədilər, amma buna baxmayaraq, özümü elə hiss edirəm ki, sanki məni yük qatarı vurub. Təhlükəsizliyimizi qoruyan və dünyada ən yüksək standartları saxlayan bütün hərbçilərimizə dərin minnətdarlığımı bildirirəm!” – deyə qeyd edib.

Vitse-prezidentin paylaşdığı fotolarda onun xüsusi təyinatlılarla birlikdə dəniz sahili boyunca qaçdığı, ağır bir kötüyü çiyinlərində daşıdığı, hörmə torla yuxarı qalxdığı və şişmə qayıqda avar çəkdiyi görünür. Məşq bazar ertəsi günü baş tutub.

Amerika KİV-lərinin məlumatına görə, məşq Kaliforniya ştatının Koronado şəhərində yerləşən Hərbi Dəniz Qüvvələri bazasında keçirilib. Ceyms Devid Vens əvvəllər ABŞ Dəniz Piyada Korpusunda xidmət edib, 2005-ci ildə İraqa göndərilib və 2007-ci ildə hərbi xidmətdən tərxis olunub.

KİV-lər həmçinin qeyd edir ki, Vens, ehtimal ki, vitse-prezident vəzifəsində olduğu dövrdə ilk dəfədir hərbçilərlə birgə məşq keçirir. Donald Tramp administrasiyasında vaxtaşırı hərbçilərlə məşq edən digər şəxs müdafiə naziri Pit Heqsetdir. O, hərbi qulluqçuların fiziki hazırlığına və xarici görünüşünə dair tələblərin sərtləşdirilməsini prioritet elan edib və xüsusilə onların saqqal saxlamamalı olduqlarını vurğulayıb. Vensin paylaşdığı fotolarda isə saqqalı olan yeganə şəxs məhz odur. Heqsetin saqqallarla bağlı fikirlərini şərh edən Vens oktyabr ayında jurnalistlərə demişdi ki, hərbi xidmətdə olduğu dövrdə üzünü qırxırdı, lakin vitse-prezident kimi istədiyi cür davrana bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
bizimyol.info

1Mənbələr