Bakı. Trend:
“Digitain” İT şirkəti brauzerlərin performansına və yafunksionallığına görə deyil, məhz istifadəçi məlumatlarının vəməxfiliyin qorunma səviyyəsi baxımından qiymətləndirildiyi biraraşdırma təqdim edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Reytinqə həm klassik tətbiqlər, həm də süni intellekt əsasındayaradılmış yeni məhsullar daxil edilib.
Göstəricilərin cəminə görə ən zəif nəticəni “OpenAI” tərəfindənhazırlanmış “ChatGPT Atlas” brauzeri göstərib. Bu brauzerbağlantının qorunması və trekerlərin bloklanması da daxil olmaqlaəsas testlərdən keçməyib və mümkün 100 baldan 99 maksimal riskgöstəricisi alıb.
İkinci yeri 76 bal ilə “Google Chrome” tutub — eyni nəticəVivaldi üçün də qeydə alınıb. “Microsoft Edge”-də vəziyyət nisbətəndaha yaxşıdır (63 bal), ən az təhlükəsiz brauzerlərin beşliyini isə58 balla “Opera” tamamlayır.
Reytinqdə növbəti yerləri "Ungoogled" (55 bal), "MozillaFirefox" (50), "Apple Safari" (49), "DuckDuckGo" (44) və "Tor" (40)tutur; bu brauzerlər məlumatların qorunması baxımından daha yüksəksəviyyə nümayiş etdiriblər.