AZ

Dəhşətli təyyarə QƏZASI

Ajans.az xatici KİV-rə istinadən xəbər verir ki,humanitar tibbi yardım missiyası həyata keçirən Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə ABŞ-ın Texas ştatının Qalveston şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ümumilikdə səkkiz nəfər olub. Hadisə Meksika Hərbi Dəniz Qüvvələrinin X (keçmiş Twitter) sosial media platformasındakı rəsmi səhifəsində açıqlanıb. Bəyanatda bildirilir ki, təyyarə Qalveston şəhəri yaxınlığında eniş zamanı qəzaya düşüb. Qeyd olunub ki, uçuş humanitar məqsədli tibbi yardım missiyası çərçivəsində həyata keçirilirdi. Qəzadan dərhal sonra ABŞ-ın yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində axtarış-xilasetmə protokolları işə salınıb. Texasda nəşr olunan The Daily News qəzetinin məlumatına görə, Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Meksikanın Nuevo Leon ştatının Monterrey şəhərindən Qalvestona tibbi yardım uçuşu həyata keçirirmiş. Qəza Skoulz Beynəlxalq Hava Limanına son yaxınlaşma zamanı, sıx duman və məhdud görünürlük şəraitində baş verib. Məlumata əsasən, təyyarədə iki pilot və bir uşaq da daxil olmaqla altı sərnişin olub. Təyyarənin Qalveston körfəzinə düşdüyü bildirilir.

 

Seçilən
38
Ajans.az

1Mənbələr