AZ

“Çin bu ərazidə 100-dən çox ballistik raket yerləşdirib” – Pentaqon

ABŞ Müdafiə Nazirliyi tərəfindən hazırlanan layihə hesabatı Çinin nüvə imkanları ilə bağlı daha bir vacib detalı ortaya çıxarıb.

Hesabata görə, Pekin administrasiyası Monqolustan sərhədinə yaxın ərazilərdə 100-dən çox qitələrarası ballistik raket yerləşdirib.

Pentaqonun qiymətləndirməsinə görə, Çin bərk yanacaqlı DF-31 tipli qitələrarası həmin ballistik raketləri aktivləşdirib.

Hesabatda Çinin nüvə başlığı ehtiyatının 2024-cü ilə qədər 600-dən aşağı qaldığı bildirilir. Lakin hazırkı temp davam edərsə, Pekinin 2030-cu ilə qədər 1000 döyüş başlığını keçəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Çinin Vaşinqtondakı səfirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayaraq ABŞ-nin Çini ləkələməyə və beynəlxalq ictimai rəyi çaşdırmağa çalışdığını bildirib.

“AzPolitika.info”

Seçilən
29
7times.az

1Mənbələr