AZ

Avropanın təhdidlərə ən həssas ölkəsi bəlli olub

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, artan geosiyasi gərginlik fonunda Avropanın müdafiə sisteminin, xüsusən də Rusiyadan gələn təhlükələrə qarşı zəif tərəflərini sərgiləyən qiymətləndirmələrin sayı getdikcə artır. Mütəxəssislər təhlükələri aşkarlamaq üçün kifayət qədər vasitələrə və onları zərərsizləşdirmək imkanına malik olmayan dövlətlərə xüsusi diqqət yetirirlər. İrlandiyalı senator və istefada olan ordu kapitanı Tom Klonan öz ölkəsinin “təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələlərində Avropanın ən zəif halqası” olduğunu deyib. “Dublində təhdidləri aşkar etmək üçün müasir sensorlar və onları dayandırmaq üçün heç bir silahı yoxdur. Bu isə, ölkəni tamamilə müdafiəsiz və təxribatçı şəkildə zəif vəziyyətə qoyur”, - senator vurğulayıb. “The Telegraph” qəzeti bildirir ki, İrlandiya üçün potensial risklər çox vaxt birbaşa hərbi müdaxilə ilə deyil, boz zona adlanan təhlükələrlə bağlıdır. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
azvision.az

1Mənbələr