Azvision saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, hökm müstəntiqin məhkəməyədək həbs qətimkan tədbiri seçilməsi barədə vəsatəti əsasında çıxarılıb. Şahmat ustasına Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə (terrorizmi haqlı çıxarmaq) ittiham irəli sürülüb. Xatırladaq ki, Qarri Kasparov Rusiyada "xarici agent" elan olunub, onun adı "terrorçular və ekstremistlər reyestri"nə salınıb. Cari ilin oktyabr ayının 14-də Rusiya Federal Təhlükəsizlik Xidməti terror təşkilatının yaradılması və hakimiyyətin zorla ələ keçirilməsi ilə əlaqədar cinayət işində Qarri Kasparovun da adını hallandırıb. Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.