AZ

Sahibkarların sənədləşmə problemləri parlamentdə müzakirə edildi

Milli Məclisin payız sessiyası üzrə plenar iclasında deputat Razi Nurullayev sahibkarların sənədsiz obyektlərin rəsmiləşdirilməsi ilə bağlı yaşadığı çətinliklərə diqqət çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, cənab prezidentin fərmanı ilə 18 mindən çox müraciət daxil olsa da, cəmi 4-5 min obyekt sənədləşdirilib.

Razi Nurullayev vurğulayıb ki, bu prosedur sahibkarlar üçün ciddi bürokratik labirint yaradıb, obyektlərini kreditlə təmin etmək, satmaq və ya inkişaf etdirmək imkanlarını məhdudlaşdırır. Deputat qeyd edib ki, fərmanın qüvvədə olduğu müddət 2026-cı ilə qədərdir və bu temp davam edərsə, minlərlə sahibkar sənədləşməni vaxtında tamamlaya bilməyəcək.

O, prosedurların sadələşdirilməsini, cavab müddətlərinin konkretləşdirilməsini və portal üzərindən qeydiyyat vaxtının uzadılmasını təklif edib, aidiyyəti qurumları məsələni dərhal araşdırmağa çağırıb. Deputatın fikrincə, bu addımlar iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün vacibdir.

Afət ZİYADQIZI

Seçilən
9
1
operativmm.az

2Mənbələr