AZ

Nazir müavini: Horadiz-Ağbənd dəmir yolu gələn ilin sonunadək tam istifadəyə veriləcək

Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə arasında ticarət və tranzit axımlarının artımına mühim töhvə verəcək.

"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O qeyd edib ki, Azərbaycan ərazisində orta dəhlizin inşası ilə bağlı əsas hissələrdən biri olan Horadiz-Ağbənd layihəsi artıq 69% icra edilib. Eyni zamanda avtomobil yolunun icrası isə 95%-ə çatıb. Hər iki yolun gələn ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılıb. Eyni zamanda, Naxşıvan Muxtar Respublikasında da artıq nəqliyyat infrastrukturunun modern dəstək edilməsi işlərinə başlanılıb. Təbii ki, Qars-Naxçıvan arasında, qardaş-Türkiyə ərazisində başlanan işlər, dəmir yolunun inşası Zəngəzur dəhlizinin imkanlarının tam gücü ilə istifadəsinə şərait yaradacaq".

Seçilən
87
apa.az

1Mənbələr