Argentinalı futbolçu Lionel Messinin bacısı Mariya ağır yol qəzası keçirib.
Offsideplus.az xəbər verir ki, o, huşunu itirəndən sonra avtomobilin idarəetməsini itirib və divara çırpılıb.
Bu barədə "Mirror Football" məlumat yayıb.
Onun fəqərələri, dabanı və biləyində sınıqlar, həmçinin müalicəsi çətin olan yanıqlar var.
O, reabilitasiyasına başlamaq üçün Rosarioya qayıdıb.