AZ

Mərakeşli nazir: Ölkəmizin Azərbaycanla möhkəm dostluq və əməkdaşlıq münasibətləri var

Bakı, 23 dekabr, AZƏRTAC

Bu konfrans böyük əhəmiyyətə malikdir və strateji xarakter daşıyır. Azərbaycan ilə Mərakeş arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Bugünkü tədbir bu əməkdaşlığı daha da gücləndirmək üçün əlavə bir addım kimi qiymətləndirilir. Bu əməkdaşlıq bəzən uşaq hüquqlarının müdafiəsini və məxfilik qaydalarını da əhatə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahia “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Nazir qeyd edib ki, 2011-ci il Mərakeş Konstitusiyası dövlət qarşısında uşaqlar üçün bərabər hüquqların təmin edilməsi və onların sosial-mənəvi müdafiəsinin gücləndirilməsi öhdəliyini qoyur. Ölkəmiz bu öhdəliyi uşaqların qorunmasına yönəlmiş inteqrasiya olunmuş dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi ilə uğurla reallaşdırıb.

Seçilən
43
1
azertag.az

2Mənbələr