AZ

Tramp: “Qrenlandiya bizə nə üçün lazımdır?”

AzVision.az xəbər verir ki, Amerika lideri Donald Tramp Florida ştatının Uest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərlə söhbətində belə deyib.

“Qrenlandiya bizə illi təhlükəsizlik baxımından lazımdır. Mineralları üçün yox. Bizim bu qədər faydalı qazıntı və neft yataqlarımız var! Dünyanın istənilən ölkəsindən daha çox neftimiz var. Milli təhlükəsizlik baxımından bizə Qrenlandiya lazımdır”,- Donald Tramp vurğulayıb.

Onun sözlərinə görə, Qrenlandiyaya baxdıqda sahil boyu hər yerdə Rusiya və Çin gəmiləri görmək olar. Məhz bu baxımdan, Ağ Evin rəhbəri ABŞ-nin bu və ya digər formada Qrenlandiyaya nəzarət etməsində israrlıdır.

Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi olacaq | Yenilənib
Xatırladaq ki, dekabrın 22-də Donald Trampın Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etdiyi açıqlanıb.

Danimarkanın Xarici İşlər naziri Lars Lökke Rasmussen, öz növbəsində, ABŞ-ni“Danimarka Krallığının ərazi bütövlüyünə hörmət göstərməyə” çağırıb.

Eyni zamanda, Danimarka Xarici İşlər nazirliyi ABŞ-nin bu ölkədəki səfiri Ken Houerini“danışıqlara... iki tələb irəli sürmək üçün: dəqiq mövqe bildirmək və izahat tələb etmək üçün” çağıracağını bildirib.

Danimarkanın baş naziri Yens-Frederik Nilsen isə vurğulayıb ki, ABŞ-nin xüsusi nümayəndəsinin təyin edilməsi status-kvonu dəyişmir və Qrenlandiya qrenlandiyalıların ərazisi olaraq qalır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
32
1
azvision.az

2Mənbələr