2025-ci ilin 11 ayı ərzində Azərbaycan və Türkiyə arasında ümumi daşımaların həcmi artıq 5,6 milyon tona çatıb və bunların içərisində 3,5 milyon tonu sadəcə tranzit daşımaları təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, bu il dəmir yolu nəqliyyatı ilə 40%-ə yaxın bir artım müşahidə olunur. Avtomobil yolu ilə daşımaların sayı iki ölkə arasında cari ildə artıq 250 min ədəd təşkil edir.
"Hava daşımaları ilə bağlı statistik göstəriciləri səsləndirmək istəyərdim. Həftə ərzində bizim iki ölkə arasında təqribən 114 uçuşlar həyata keçilir. Ancaq bəzi mövsümlərdə həftəlik hətta 185-ə çatır" - nazir müavini əlavə edib.