AZ

Nazir müavini: Azərbaycan-Türkiyə aqrar əməkdaşlığı regional risklərin birgə idarə olunması modelinə çevrilə bilər

BAKI, 23 dekabr. TELEQRAF

Azərbaycan və Türkiyə aqrar əməkdaşlığı regional səviyyədə risklərin birgə idarə olunması modelinə çevrilən bir potensiala malikdir.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimiva deyib.

Nazir müavini qeyd edib ki, mövcud qlobal çağırışlar, iqlim dəyişikləri, ərzaq bazarında volatillik, logistika zəncirlərinin pozulması göstərdi ki, qida təminatı ayrı-ayrı ölkələrin deyil, strategi tərəfdarların gücü ilə qorunur.

“Biz istehsal, emal, logistika, bazar zəncirini bütün ekosistem kimi baxırıq. Məqsəd yalnız ticarət həcmini artırmaq deyil, birgə dəyər yaratmaq, texnologiya transferini sürətləndirmək və ixracyönümlü, dayanıqlı aqrar model formalaşdırmaqdır. Bu platforma eyni zamanda dövlət qurumları ilə özəl sektor arasında praktiki əməkdaşlıq mexanizmlərinin qurulması üçün də mühüm rol oynayır”.

Seçilən
90
teleqraf.com

1Mənbələr