AZ

Zəngəzur dəhlizinin reallaşması ilə ticarətimiz sürətlə artacaq - Türkiyənin ticarət naziri (ÖZƏL)

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması ilə ticarətimiz sürətləartacaq.

Bu sözləri Trend-ə açıqlamasında Türkiyənin ticarət naziri ÖmərBolat bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiyaForumunda deyib.

Nazir bildirib ki, iki ölkə arasında müəyyən olunmuş stratejiməqsədlərə çatmaq üçün bir sıra mühüm iqtisadi tədbirlər həyatakeçirilmişdir: "Bu çərçivədə, müəyyən tədbirlər keçirilmiş, 110-dançox konkret tədbir müəyyən edilərək ətraflı bir fəaliyyət planıhazırlanmışdır. Bu tədbirlər sayəsində qarşıya qoyulan hədəflərə,15 milyard dollarlıq ticarət hədəfinə uğurla nail olacağıq".

"Eyni zamanda, Türkiyə-Azərbaycan Tercihli Ticarət Anlaşması(TTA) aktiv şəkildə tətbiq olunur və bu, ikitərəfli ticarətinartırılmasına mühüm töhfə verir. Yatırımların təşviqi məqsədilə isəikinci Azərbaycan-Türkiyə İnvestisiya Forumunu uğurla təşkiletdik.

Ən önəmlisi isə Zəngəzur dəhlizinin açılması ilə ticarətimizinsürətlə artacağıdır. Bu dəhliz yalnız mal və xidmət dövriyyəsiniartırmaqla qalmayacaq, həm də bölgədə iqtisadi əməkdaşlıqimkanlarını genişləndirəcək. Biz inanırıq ki, iki ölkə arasındaiqtisadi münasibətlər tariximizin ən yüksək səviyyəsinə çatacaq", -nazir vurğulayıb.

Seçilən
41
1
az.trend.az

2Mənbələr