AZ

“Fənərbağça” Kahveci ilə yollarını ayırdı

Türkiyənin “Fənərbağça” klubu əsas komandadan kənarlaşdırılan İrfan Can Kahveci ilə bağlı qərarını verib.

"Unikal" xəbər verir ki, İstanbul təmsilçisinin məşqçilər heyəti 30 yaşlı futbolçunu mövsümün ikinci hissəsi üçün heyətdə düşünmür. Yarımmüdafiəçiyə özünə yeni komanda tapması barədə məlumat verilib.

Futbolçunun Superliqa klubu müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Fənərbağça”da İrfan Can Kahveci ilə yanaşı, Cenk Tosun və Rodriqo Bekao da əsas komandadan uzaqlaşdırılıb.

Seçilən
48
unikal.az

1Mənbələr