Bakı. Trend:
Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurasıtərəfindən təsdiq ediləcək və Məhkəmə-Hüquq Şurasının sədritərəfindən təqdim ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Məhkəmələr və hakimlər haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindəntəsdiq edilən xidməti vəsiqə veriləcək. Xidməti vəsiqəMəhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək. Hakiminxidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənədhesab ediləcək.
Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadəedəcək. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə vəya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habeləxidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yenixidməti vəsiqə veriləcək.
Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqəMəhkəmə-Hüquq Şurasına qaytarılacaq.
Mövcud qanunvericiliyə əsasən, hakimlərə onların statusunutəsdiq edən xidməti vəsiqələr verilir. Hakimlər onların statusunutəsdiq edən xidməti vəsiqəyə malikdirlər. Xidməti vəsiqələrininnümunələri Milli Məclis tərəfindən müəyyən edilir.
"Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsinə əsasən, Məhkəmə-Hüquq Şurası hakiminxidməti vəsiqəsinin nümunəsini təsdiq edəcək.
Qanun layihəsində "Hakimlərin xidməti vəsiqəsi haqqında" Qanunvə həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğv edilməsitəklif olunur.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.
Bildirilib ki, daha əvvəl eyni yanaşma prokurorluq işçilərininxidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki,"Prokurorluq İşçilərinin xidməti vəsiqəsi haqqında" Qanun və həminqanunla təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluqişçilərinin xidməti vəsiqəsinin nümunəsinin Baş prokuror tərəfindəntəsdiq edilməsi müəyyən olunub.