ain.az bildirir, Bakupost portalına istinadən.
Əslən Azərbaycandan olan 32 yaşlı sürücü Almaniyada ağır qəza törətdi.Bakupost.az “dpa” agentliyinə istinadən xəbər verir ki, Hessen əyalətinin Gissen şəhərində avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.Hadisə dünən yerli vaxtla təxminən 16:30-da baş verib. Polis məlumatına görə, sürücü hadisədən qısa müddət sonra saxlanılıb. Hüquq-mühafizə orqanları insidentin dəqiq səbəblərinin hələlik məlum olmadığını bildirib.Polisin sözçüsü Qvido Rerin açıqlamasına əsasən, şübhəli şəxs “Audi” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə svetofor yaxınlığında eyni istiqamətdə dönən iki avtomobillə toqquşub. Bundan sonra yoluna davam edən sürücü avtobus dayanacağına girib və üç nəfəri əzib.Qəzadan sonra avtomobili saxlamayan sürücü hadisə yerindən qaçmağa çalışıb. Lakin bir qədər aralıda polis tərəfindən həbs olunub.Polis hazırda hadisənin qəza, səhlənkarlıq və ya digər mümkün səbəblərini araşdırır. “Hadisənin dəqiq halları hələ məlum deyil və istintaq davam edir”, – deyə polis sözçüsü bildirib.

Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.