AZ

İtaliya donanmasına yeni nəsil 2-ci təchizat gəmisi təhvil verilib

İtaliya Hərbi Dəniz Qüvvələrinə LSS sinifli ikinci logistika dəstək gəmisi təhvil verilib.

Herbiand.az bildirir ki, mərasim Neapol şəhərinin “Castellammare-di-Stabiada” kommunallığının Fincantieri gəmiqayırma zavodunda keçirilib.

“Atlant” gəmisinin təməli 2023-cü ildə qoyulub, 2024-cü ilin may ayında isə suya buraxılıb. İtaliya Hərbi Dəniz Qüvvələri üçün daha bir LSS sinifli gəminin tikintisi planlaşdırılır.

“Atlant” fövqəladə hallarda döyüş əməliyyatları və humanitar missiyalar üçün logistika dəstəyi təmin etməklə İtaliya Hərbi Dəniz Qüvvələrinin imkanlarını gücləndirəcək. Gəmidəki tibb bölməsində əməliyyat otağı, laboratoriya, stomatoloji və rentgen otaqları, həmçinin ağır xəsarət alan 17 xəstəni qəbul edə bilən palatalar var.

Lazım gələrsə, gəmi döyüş müdafiə sistemləri - Oto Melara tərəfindən istehsal olunan 76 mm-lik top dəsti və 25 mm-lik artilleriya sistemləri - ilə təchiz edilə bilər, lakin əsas versiyada yalnız ölümcül olmayan müdafiə sistemləri mövcuddur.

LSS sinifli gəmilərin su tutumu 27.200 ton, uzunluğu 193 metr, eni 27,2 metrdir. Heyət və mütəxəssislər daxil olmaqla 235 nəfərə qədər şəxsi qəbul etmək mümkündür.

Göyərtəfə iki AW-101 çoxməqsədli helikopter yerləşir. Daşınan yüklərin ümumi çəkisi 15.500 tona çatır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
herbiand.az

1Mənbələr