AZ

"Türkiyə ilə Azərbaycan arasında təhsil əməkdaşlığı genişlənir"

Milli Məclisin payız sessiyası üzrə plenar iclasında deputat Siyavuş Novruzov Türkiyə ilə Azərbaycan arasında imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, bu müqavilələr iki ölkənin məktəbləri arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda müxtəlif ölkələrin məktəbləri fəaliyyət göstərsə də, Türkiyə məktəbləri xüsusi önəm daşımalıdır.

Deputat həmçinin azərbaycanlı tələbələrin Türkiyədə, türk tələbələrin isə Azərbaycanda müxtəlif sahələrdə – neft sənayesi, tibb və hərbi ixtisaslarda – təhsil almasının vacibliyini vurğulayıb.

O, qanun layihəsinin xüsusilə hərbi sahədə təhsil alanların NATO standartlarına uyğun hazırlığı üçün əhəmiyyətli olduğunu bildirib və deputat həmkarlarını layihəyə səs verməyə çağırıb.

Afət ZİYADQIZI

Seçilən
30
operativmm.az

1Mənbələr