AZ

İçərişəhər ağıllı qoruq sisteminə keçir

“İçərişəhərdə ağıllı şəhər sistemi tətbi olunacaq”.

“Yeni Sabah”ın xəbərinə görə, bunu “İçərişəhər” Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı bildiirb.

O, ağıllı qoruq inkişaf strategiyası haqqında məlumat verib:

Cari ilin əvvəlində fəaliyyətə başlayanda müəyyən çağırışlarla üzləşdik və başa düşdük ki, yeni idarə etmə sistemi qurmalıyıq. Bura bizim bəşəri dəyərimiz, memarlıq incimizdir. İçərişəhər son 2 əsri əhatə edən dövr boyunca müxtəlif idarəetmə formalarına şahidlik edib. Yaxın tarixə qısaca nəzər salsaq İçərişəhər  1952–1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilmiş, 1985-ci ildə isə o Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci ildə isə, UNESCO Ümumdünya irsi Siyahısınndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında Tarix Memarlıq Qoruğuna çevrilib.  2009-cu ildən təmir, bərpa işlərinə start verilib. 24 noyabr 2016-cı ildə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılıb.

2025-ci ildən isə yeni dövrlə üz-üzədir. Ağıllı şəhər dedikdə tarixi məkanlarda hər hansı dəyişiklik nəzərdə tutulmur. Biz bütün yeniliklərə hazır olmalı və İrsin idarə olunmasında bunları nəzərə almalıyıq.

İçərişəhər turistlərin ilk addım atdığı yerdir. Smart sistemlə onlar haqqında bütün məlumatları əldə edə bilərik. Eyni zamanda muzeylərin Suni intellekt əsaslı bələdçilik sisteminə keçirilməsi bizim üçün vacib amillərdəndir. Sakinlərin və qonaqların rahatlığını təmin etmək bizim üçün vacib məqamlardan biridir. Bütün bunların hamısı idarəçiliyə bağlıdır”.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
75
yenisabah.az

1Mənbələr