Koronavirus peyvəndlərinin əvvəlki versiyaları ilə peyvənd olunmuş insanların yeni dövran edən ştammlara qarşı immuniteti yoxdur...
Poliqon xəbər verir ki, bunu Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq "İzvestiya"ya bildirib.
Alim izah edib ki, xəstəlik hazırda yüngül olsa da, "stratus" və "nimbus" kimi yeni variantlar daha yoluxucudur və risk altında olan insanlarda ağırlaşmalara səbəb ola bilər. O
"Əgər 2020-ci ildə mövcud olan ilk "Uhan" ştammına qarşı peyvənd olunmusunuzsa, deməli, əla immunitetiniz var. Amma bu, yeni ştammlara qarşı heç bir qorunma təmin etmir", deyə Gintsburq boldirib.
Poliqon.info