AZ

ELAN: Hüquqşünas – redaktor vəzifəsi üzrə vakansiya elan edilir

QHT.az xəbər verir ki, “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs hüquqşünas – redaktor vakansiyası üçün namizədləri işə dəvət edir. Vəzifə maaşı 1300 manatdır.

Vəzifə öhdəlikləri:

  • Normativ hüquqi akt layihələrini, hüquqi rəyləri, elmi, hüquqi, tədris və təlim materiallarını redaktə etmək;

  • Başqa dildən tərcümə edilən hüquqi sənədləri və elmi məqalələri redaktə etmək;

  • Təklif olunan düzəlişləri, əlavə və ixtisarları nəzərə alaraq materialların çap olunması ilə bağlı rəy vermək;

  • Hüquqi yazı müəlliflərinə struktur, termin seçimi və digər redaktə məsələlərində dəstək göstərmək.

Namizədə tələblər:

  • Ali hüquq təhsili;

  • Yazılı hüquqi redaktə sahəsində ən azı 5 il iş təcrübəsi;

  • Sürətli oxu və redaktə bacarığı;

  • Windows, MS Office və internet proqramları ilə yüksək səviyyədə işləmək;

  • Hüquqi terminologiyanı yaxşı bilmək.


CV-də fotoşəkil əlavə edilməli və vakansiyanın adı mövzu sətrində göstərilməklə 30 dekabr 2025-ci il saat 12:00-dək [email protected] ünvanına göndərilməlidir.

Seçilən
30
qht.az

1Mənbələr